AZ

Mask bu ölkə başçısını “faşist” adlandırdı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ-li iş adamı və SpaceX şirkətlərinin sahibi İlon Mask İspaniyanın baş naziri Pedro Sançesi sərt şəkildə hədəf alıb. 

Mask Sançesin 16 yaşdan aşağı şəxslər üçün sosial mediaya məhdudiyyətlər tətbiq etmək və rəqəmsal platformalar üzərində hüquqi nəzarəti gücləndirmək planına kəskin reaksiya verərək onu “zalım” və “totalitar faşist” adlandırıb.

İlon Mask bu fikirləri "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb. O, Sançesin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Zirvəsində səsləndirdiyi çıxışı paylaşaraq bildirib ki, bu təşəbbüs söz azadlığına birbaşa təhdiddir. Mask paylaşımında Sançesi “İspaniya xalqına xəyanət edən zalım” kimi xarakterizə edib.

Pedro Sançes həmin çıxışında qeyd edib ki, hökumət sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək, uşaqların bu platformalara çıxışını real mexanizmlərlə məhdudlaşdıracaq və rəqəmsal platforma rəhbərlərinin öz şəbəkələrində baş verən pozuntulara görə hüquqi məsuliyyətini artıracaq.

Xatırladaq ki, Pedro Sançes 2025-ci ilin yanvarında da İlon Maskı hədəf alaraq, X platformasının alqoritmlərini yalan məlumatların yayılması və qaralama kampaniyalarının aparılması üçün istifadə etməkdə ittiham etmişdi.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azpolitika.info

1Mənbələr