ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Xalq artisti Alla Puqaçova ilə şoumen həyat yoldaşı Maksim Qalkinin uzun aradan sonra birlikdə yeni fotoları yayılıb.
Axşam.az xəbər verir ki, Cütlük övladları ilə birgə Alp dağlarında istirahətdədir. Şəkilləri Qalkin öz sosial media hesabında yayımlayıb.
O, paylaşımına ev emojisi qoymaqla kifayətlənib.
Xatırladaq ki, M.Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın “xarici agentlər” reyestrinə daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bunun ardınca, o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.