AZ

Ödənişli atalıq məzuniyyətinin verilməsinə dair əmrin formalaşdırılması

Artıq ödənişli atalıq məzuniyyətinin verilməsinə dair əmr ƏMAS üzərindən formalaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin izahına görə, işçi tərəfindən uşağının doğulmasını təsdiq edən tibbi arayış təqdim edildikdən sonra işəgötürən ƏMAS-da:

1. “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur;

2. Məzuniyyətin növünü seçir;

3. Məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir və işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli atalıq məzuniyyəti verilməsinə dair əmri ƏMAS üzərindən formalaşdırır.

Seçilən
10
vergiler.az

1Mənbələr