AZ

Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, Yunanıstan hökumət başçısı bu barədə SKAI televiziya kanalına müsahibəsində danışıb. Mitsotakis Türkiyə–Yunanıstan münasibətlərinə toxunaraq, ötən ilin dekabrında Afina Bəyannaməsinin imzalanmasından sonra Egey dənizində hava məkanı ilə bağlı gərginliyin azaldığını bildirib. O, həmçinin miqrasiya siyasəti sahəsində Türkiyə ilə əməkdaşlığın müsbət şəkildə davam etdiyini vurğulayıb.

Mitsotakis bildirib ki, 15 fevraldan əvvəl Ankarada Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüş keçirəcək. 

Seyranə QuliyevaMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr