AZ

İranın İstanbuldan imtinası səhvdir - Sələvatian

İcazə verin diqqətinizə çatdraq ki, ABŞ-İran danışıqlarının İstanbuldan Omana dəyişdirilməsi strateji səhvdir.

Aktual.az xəbər verir ki, bunu iranlı media fəalı Qurbanəli Sələvatian özünün X hesabında yazıb.

"Türkiyə NATO-nun üzvüdür və Trampın yanında Ərdoğanın nüfuzu böyükdür. Türkiyə və Ərdoğanın beynəlxalq səviyyədə reytinqi və etibarı Omanla müqayisə olunmayacaq dərəcədə yüksəkdir”, - o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da baş tutması gözlənilən ABŞ-İran danışıqlarının məkanının Tehranın təkidi ilə İstanbuldan Omana dəyişdirildiyi haqda məlumat yayılıb.

Seçilən
27
ulusum.az

1Mənbələr