Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı 19 gün ərzində ağır qrafik gözləyir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu müddətdə 6 vacib oyun keçirəcək. Komanda 19 gün ərzində 3 günə 1 oyuna çıxacaq.
“Qarabağ”ın qarşıdakı 19 gündəki oyun təqvimi aşağıdakı kimidir:
5 fevral
“Şamaxı” – “Qarabağ” (Azərbaycan kuboku)
10 fevral
“Şamaxı” – “Qarabağ” (Azərbaycan Premyer Liqası)
14 fevral
“İmişli” – “Qarabağ” (Azərbaycan Premyer Liqası)
18 fevral
“Qarabağ” – “Nyukasl” (Çempionlar Liqası)
21 fevral
“Neftçi” – “Qarabağ” (Azərbaycan Premyer Liqası)
24 fevral
“Nyukasl” – “Qarabağ” (Azərbaycan Premyer Liqası)
Xatırladaq ki, bu 6 qarşılaşmanın 4-ü səfərdə baş tutacaq. Ağdam klubu bu müddətdə iki dəfə Şamaxıya, Qubaya və ÇL oyunu üçün İngiltərəyə yollanacaq.