AZ

Abituriyentlərin imtahana qorxa-qorxa gəlməsini istəmirik - DİM sədri

Bakı. Trend:

Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahanagəlsinlər. Biz istəyirik ki, onlar, öz biliklərini yoxlamağagəlsinlər.

Trend xəbərverir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərininfəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbir çərçivəsindəjurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, imtahan iştirakçıları kiməsə ümidbağlamamalı və nəticələrin hansısa yollarla dəyişdiriləcəyinidüşünməməlidir:

"Lakin bəzi hallarda qaydaları pozan şəxslər təkcə öznəticələrinə deyil, eyni zamanda ətrafında əyləşən digərabituriyentlərin imtahan prosesinə də maneə yaradır, onlaraməsləhətlər verir və işləməyə imkan vermirlər. Bəzən yüksək nəticəgöstərən abituriyentlərlə bağlı onların sinif yoldaşlarında suallaryaranır. Aparılan araşdırmalar nəticəsində belə halların üzəçıxdığı və qeyri-qanuni yolla əldə olunan nəticələrin ləğv edildiyiartıq bəllidir".

Seçilən
72
5
az.trend.az

6Mənbələr