AZ

​“Beşiktaş”ın yeni ulduzu İstanbula gəldi

Tammi Abrahamı sürpriz şəkildə “Aston Villaya” göndərən “Beşiktaş” yeni hücumçu alıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı cənubi koreyalı Oh Hyeon-gyu üçün “Genk”lə anlaşıb. Ulduz futbolçuya görə Belçika klubuna 15 milyon avro transfer haqqı ödəniləcəyi bildirilir.Oh Hyeon-gyu tibbi müayinədən keçmək və transfer danışıqlarını tamamlamaq üçün bu gün İstanbula gəlib. Futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 3,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, bu mövsüm “Gent”in heyətində 32 rəsmi oyuna çıxan Oh Hyeon-gyu 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
28
metbuat.az

1Mənbələr