Xəbər verdiyimiz kimi, fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri törətmiş Ermənistan vətəndaşlarının məhkəməsi keçiriləcək. Azərbaycan həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi, həm də insanlıq əleyhinə və müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxardı.
Mövzu ilə bağlı Publika.az-a danışan hərbi ekspert Heydər Mirzə bunun ölkəmiz üçün böyük nailiyyət olduğunu bildirdi.
Onun sözlərinə görə, bu məsələnin daha yüksək, beynəlxalq hüququ təmsil edən institutlar səviyyəsinə çıxarılması faktı müsbət nəticədir:
"Məsələnin bu müstəviyə çıxarılması böyük uğurdur. Bu, ilk növbədə mütəxəssislər üçün maraqlı olacaq və gələcəkdə aparılacaq tədqiqatlar, araşdırmalar üçün presedent rolunu oynayacaq. Bir tərəfdən cinayətlər Azərbaycanın suveren hüquqları çərçivəsində, ölkəmizin Cinayət-Prosessual Məcəlləsinə və milli qanunvericiliyinə uyğun olaraq qiymətləndirilir. Digər tərəfdən isə bu cinayətlər beynəlxalq ictimaiyyət səviyyəsində tanınır, beynəlxalq institutlar tərəfindən araşdırılır və məsul şəxslər beynəlxalq hüquq müstəvisində cavab verməli olurlar. Məsələn, Haaqa məhkəməsi və digər beynəlxalq mexanizmlər mövcuddur ki, bu tip hərbi cinayətlər üzrə artıq presedentlər formalaşıb".
Ekspert qeyd etdi ki, burada ikinci mühüm məsələ haqq-ədalətin tam təmin olunmasıdır: