AZ

Azərbaycan üzərindən Ermənistana növbəti taxıl partiyası göndəriləcək

BAKI, 4 fevral. TELEQRAF

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə yeni taxıl partiyası göndəriləcək.

Teleqraf xəbər verir ki, bu dəfəki partiya ümumilikdə 560 ton təşkil edən 8 vaqondan ibarətdir.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.

Seçilən
20
4
teleqraf.com

5Mənbələr