AZ

Film kimi hadisə: Başqasının maşınını babasınınkı bilib sürüb getdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Ordu şəhərində maraqlı və bir qədər də gərgin anlara səbəb olan hadisə baş verib.

Avtosfer.az xəbər verir ki, bir vətəndaş avtomobilinin açarını nəvəsinə verərək maşını parkinqdən sürüb gətirməsini istəyib. Nəvə avtomobilin saxlandığı əraziyə gedib, lakin burada eyni marka və eyni model olan başqa bir avtomobili səhvən öz maşınları hesab edib.

Maraqlısı odur ki, açar həmin avtomobilin qapısını açıb və mühərriki işə salıb. Heç bir şübhə yaranmadığından nəvə avtomobillə yola davam edib.

Bu vaxt avtomobilin əsl sahibləri maşının hərəkət etdiyini görərək vəziyyəti anlayıb və onun arxasınca düşüblər. Səhvən götürülən avtomobil Altınordu rayonunun Akyazı sahilində saxlanılıb. Tərəflər üz-üzə gəldikdən sonra hadisənin oğurluq deyil, səhv anlaşılma olduğu məlum olub.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma zamanı insidentin qəsd olmadan, texniki uyğunluq və diqqətsizlik səbəbindən baş verdiyi müəyyən edilib.

Eltac Zülfüqaroğlu

Oxunub 86

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr