AZ

İrandakı etirazlarda ölənlərin sayı 6 mini keçdi: ŞOK HESABAT

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan aksiyalarda həyatını itirənlərin sayının 6 872-yə çatdığını duyurub. 

"Cebheinfo.az" xəbər verir ki, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində 50 553 nəfər saxlanılıb. 

Nümayişlərdə çıxan hadisələrdə 214 təhlükəsizlik əməkdaşı daxil olmaqla, 6 872 nəfər yaşamını itirib. Dünən ölənlərin sayının 6 854-ə qalxdığını deyən HRANA 11 280 hadisənin hələ araşdırma mərhələsində olduğunu qeyd edib. 

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyuta qarşısında sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən Tehran Böyük Bazarında tacirlərin öncüllüyü ilə başlayan nümayişlər ölkə boyu yayılmışdı. 

Paytaxt Tehranda 8 yanvarda şiddətlənən etirazlar zamanı baş verən hadisələr nəticəsində ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırmışdı. İran Şəhid və Qazilər Fondu Məhkəmə Tibb Ekspertizasına istinadən 21 yanvarda verdiyi açıqlamada nümayişlərdə təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla, 3 117 nəfərin həyatını itirdiyini bildirmişdi. 

Bu şəxslərdən 2 427-nin "silahlı terror qruplaşmaları" tərəfindən öldürülən təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar olduğu ifadə edilərkən, 690 nəfər haqqında isə məlumat verilməmişdi. İranda nümayişlər sona çatmış olsa da, ABŞ-nin Virciniya ştatı mərkəzli HRANA, daha çox faktı təsdiqlədiyini iddia edərək ölü və gözaltı saylarını yeniləməyə davam edir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr