Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ağ Ev administrasiyası İranın danışıqları Türkiyədən Omana keçirmək istəyini qəbul edib
ABŞ və İran arasında nüvə danışıqları cümə günü Omanda keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” müxbiri Barak Ravid ərəb mənbələrinə istinadən məlumat yayıb.
Ravid sosial mediada yazıb: "ABŞ və İran arasında danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir".
Onun sözlərinə görə, Ağ Ev administrasiyası İranın danışıqları Türkiyədən Omana keçirmək istəyini qəbul edib.
Ravid qeyd edib ki, regiondakı ərəb və müsəlman ölkələrinin Oman danışıqlarına qoşulub-qoşulmayacağı ilə bağlı müzakirələr hələ də davam edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.