2025-ci ildə ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il əkin sahələrinin sığortası üzrə fermerlərlə Aqrar Sığorta Fondu arasında 56 518 sığorta müqaviləsi bağlanılıb. Bağlanan sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5 faiz, 2023-cü illə müqayisədə isə 18 faiz artıb.
İl ərzində 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığorta edilib.
Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib. Əkin sahələrinə verilən sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb.