AZ

Regionlardakı imtahanlarda qayda pozuntuları paytaxtdan iki dəfə çoxdur

Regionlarda keçirilən buraxılış və qəbul imtahanlarında yol verilən qayda pozuntuları paytaxtdan iki dəfə çoxdur.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində (DİM) imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə qurumun Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov məlumat verib.

Qeyd olunub ki, təhlillərə görə, sertifikatlı zal nəzarətçiləri qayda pozuntularına daha az yol verirlər.

"Kompüter proqramı vasitəsilə müəyyən edilən köçürmə hallarının statistikası göstərir ki, nəzarətçinin imtahanda iştirak sayı, yəni təcrübəsi ilə baş verən köçürmə hallarının sayı arasında korrelyasiya mövcud deyil. Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsində əvvəlki illərin məzunlarının yerləşdirildiyi zallarda qayda pozuntularına daha çox rast gəlinir. Həmçinin, buraxılış və əvvəlki il məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında cari il məzunlarının yerləşdirildiyi zallarda da qayda pozuntuları daha çox qeydə alınır", - DİM rəsmisi vurğulayıb.

Seçilən
35
2
olke.az

3Mənbələr