Bakı. Trend:
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklədəmir yolu ilə növbəti taxıl partiyası göndəriləcək.
Trend-inməlumatına görə, bu gün taxılla yüklənmiş 8 vaqon Azərbaycandantranzit keçməklə Ermənistana yola salınacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də QazaxıstanPrezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında işğaldövründən etibarən mövcud olan Ermənistana yüklərin tranziti iləbağlı bütün məhdudiyyətlərin Azərbaycan tərəfindən aradanqaldırıldığını bildirib.
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklətaxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən başlanılıb.
Qeyd edək ki, bu günədək Rusiyadan Ermənistana Azərbaycanərazisi vasitəsilə dəmir yolu ilə tranzitlə ümumilikdə 20 099,88ton taxıl göndərilib.
Sonuncu dəfə fevralın 1-də Rusiyadan Ermənistana Azərbaycanüzərindən tranzitlə növbəti taxılla yüklənmiş vaqonlar yolasalınıb.
Həmin vaqonlardakı taxılın ümumi çəkisi 1 746 ton təşkiledib.
Göndərilən taxılın ümumi həcminin 5 577,2 tonu ötən ildə, 14942,38 tonu isə cari ildə daşınıb.