AZ

Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləməyə başlanılıb - AXA (FOTO)

Bakı.Trend:

Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığıntəmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarXidmətlər Agentliyi tərəfindən respublika ərazisində iri vəxırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşıprofilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.

Trend xəbərverir ki, bu barədə Aqrar Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilir ki, peyvənd vasitələri Ümumdünya Heyvan SağlamlığıTəşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqlatətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburidezinfeksiya olunur:

"Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinəqarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativhəyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığıvə Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsinitövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddənyayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasınarisklər yarada bilər.

Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşıpeyvəndləmə ödənişsiz həyata keçirilir".

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Respublikaərazisində epizootik vəziyyət sabitdir.

Seçilən
40
15
az.trend.az

10Mənbələr