Britaniya Epşteyn qalmaqalında adı keçən keçmiş şahzadə ilə bağlı iddiaları ört-basdır edəcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Britaniya hakimiyyəti və mediası amerikalı maliyyəçi Ceffri Epşteyn barəsindəki qalmaqal fonunda şahzadə Endryu Mauntbetten-Vindzor iddiasını ört-basdır etməyə çalışacaq.
Zaxarova iddia edib ki, London mediası diqqətini Rusiyaya yönəltməyə və öz yüksək səviyyəli məsələlərini görməzdən gəlməyə üstünlük verir.