ain.az, Avtosfer portalına istinadən məlumat verir.
2025-ci ildə Almaniya istehsalı olan avtomobillərin qlobal bazarda satışlarının azalması müşahidə edilib.
Avtosfer.az xəbər verir ki, ötən il BMW 2 170 000 avtomobil satıb ki, bu da illik müqayisədə 1,4 faiz geriləmə deməkdir. Lakin, digər markalarla müqayisədə bavariyalı istehsalçının vəziyyəti çox da acınacaqlı deyil.
“Audi” ili 1 620 000 satış və təxminən 3 faiz geriləmə ilə başa vurub. “Mercedes” isə 1 800 000 avtomobil satıb ki, bu da 2024-cü ildəkindən 9 faiz azdır.
Ən ciddi geriləmə “Porsche”də qeydə alınıb. 280 minə yaxın maşın satan şirkətin illik geriləməsi 10 faizə çatır.
Geriləmənin başlıca səbəbi Çin və ABŞ kimi nəhəng bazarlarda satışların azalmasıdır.
Vüqar
Oxunub 22
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.