Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun itkin düşmüş şəxs kimi istehzalı posterləri peyda olub.
Publika.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Mənbənin sözlərinə görə, posterin altında “40 yaşlı bir kişi – ailəsi onu axtararkən ağlamağa məcburdur” yazılıb.
Daha əvvəl Kriştianonun klubla müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılmışdı. Ronaldo 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Nüfuzlu internet portalı “Transfermarkt” hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
