AZ

Reuters: İspaniya və Yunanıstan yeniyetmələr üçün sosial şəbəkələri qadağan edir

İspaniya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır. Bunu ölkənin Baş naziri Pedro Sançez bəyan edib. “Reuters” agentliyinin mənbələrə istinadən yazdığına görə, Yunanıstan da oxşar qadağanı elan etməyə yaxındır, lakin burada yaş həddi 15 yaş olacaq.

Sançes həmçinin bildirib ki, İspaniya hökuməti sosial şəbəkələrdə “nifrətin qızışdırılması”na görə şəxsi məsuliyyətin texnologiya şirkətlərinin rəhbərlərinin üzərinə qoyulmasını nəzərdə tutan qanun layihəsi təklif edəcək.

“Reuters” vurğulayır ki, yeniyetmələr üçün sosial şəbəkələrin qadağan olunmasını tənqid edənlər bu cür tədbirləri “senzuranın bir forması” adlandırırlar. 2026-cı ilin yanvarında Böyük Britaniya hökuməti 16 yaşadək yeniyetmələr üçün sosial şəbəkələrin qadağanını nəzərdə tutan “uşaqların rifahı haqqında” qanun layihəsinə dəyişiklikləri nəzərdən keçirməyə başlayıb.

Fransa parlamentinin aşağı palatası isə 2026-cı ilin yanvarında 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan olunması ilə bağlı oxşar qanun layihəsini dəstəkləyib. 2024-cü ildə Harris Interactive şirkətinin keçirdiyi sorğu göstərib ki, fransızların 73%-i belə bir qadağanı dəstəkləyir.

Seçilən
27
banker.az

1Mənbələr