AZ

Qoretska karyerasını Premyer Liqada davam etdirə bilər

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün sonunda azad agent olacaq alman futbolçu ilə “Arsenal” maraqlanır. Bildirilir ki, Qoretskanın özü də güc futbolunun üstünlük təşkil etdiyi İngiltərə çempionatının ona uyğun olduğunu düşünür.

O, mövsümü “Bavariya”da başa vurduqdan sonra İngiltərəyə yollanmağı planlaşdırır.

Bu mövsüm klub səviyyəsində 28 oyunda 1 qol vuran Qoretskanın Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Yarımmüdafiəçi 2018-ci ildən “Bavariya”nın formasını geyinir.

Qeyd edək ki, “Transfermarkt” portalı 30 yaşlı futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Seçilən
22
idmanxeber.az

1Mənbələr