Hazırda Bakıda küləkli və çovğunlu hava şəraiti müşahidə olunur. Hava şəraiti ilə bağlı hər hansı xəsarət alanın olub-olmaması ilə bağlı Metbuat.az aidiyyəti qurumlara sorğu ünvanlayıb.TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, küləkli hava şəraiti səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən yıxılma faktı ilə bağlı çağırış daxil olub. “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”, – deyə məlumatda qeyd edilib.Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, hazırda hava şəraiti ilə əlaqədar hər hansı müraciət daxil olmayıb.Sevinc İbrahimzadə / Metbuat.az