AZ

Argentinalı futbolçu Premyer Liqa klubundan ayrılacaq

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasında yeni mərhələyə hazırlaşır.

Msport.az xəbər verir ki, argentinalı futbolçu cari mövsüm başa çatdıqdan sonra, yay transfer pəncərəsində London klubunu tərk edəcək.

27 yaşlı müdafiəçinin əvvəlki transfer dövrlərində İspaniya La Liqasından təkliflər aldığı bildirilir. Bundan əlavə, “Tottenhem”in kapitanı digər, adı açıqlanmayan bir çempionatın klublarının da maraq dairəsində olub. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Romero “Tottenhem”in əsas simalarından biri və komandanın lider futbolçularından sayılır.

Seçilən
34
msport.az

1Mənbələr