AZ

Luizianada qaz kəmərində güclü PARTLAYIŞ: Xəsarət alan var – VİDEO

ABŞ-də qaz kəmərində güclü partlayış baş veürib.

İnterpress.az xəbər verir ki, bu barədə “KPLC” telekanalı məlumat yayıb.

ABŞ-nin Luiziana ştatında qaz kəmərində güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışdan sonra yaranan nəhəng alov sütunu 30 kilometrdən çox radiusda aydın görünüb.

Hadisə yerinə dərhal yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.

Partlayışın başvermə səbəbləri hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr