Türkiyədən Azərbaycana 2 tanınmış qonaq gəlir.
"Yeni Sabah" xəbər verir ki, onlardan ilki ilahiyyatçı Nihat Hatipoğludur.
O, Ramazan ayı ərəfəsində keçiriləcək eksklüziv tədbirdə iştirak edəcək.
"Badamdar Estates"dəki tədbirə biletin qiyməti 25-80 manat aralığındadır.
İkinci qonaq isə fiziologiya və neyroelm sahəsində tanınmış mütəxəssis Oytun Erbaşdır.
Fevarlın 15-də o, "Badamdar Estates"də “Beyni Turbo Modunda Necə İstifadə Edirik?” mövzusunda tədbir keçirəcək və beynin gündəlik həyatda, təhsildə və peşəkar fəaliyyətlərdə daha səmərəli istifadəsi barədə elmi əsaslarla məlumat verəcək.
Telegram kanalımız