Əməkdar artist Babək Niftəliyevin açıqlaması təəccüb doğurub.
Demokrat.az xəbər verir ki, sənətçi qonaq olduğu verilişlərin birində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovla bağlı indiyə qədər çox az adamın bildiyi sirri bölüşüb.
Belə ki, xanəndə ilə şəhid generalımız arasında qohumluq əlaqələri varmış. Babək Niftəliyev bildirib ki, Polad Həşimovun bacısı onun yaxın qohumunun gəlinidir. Sənətçi generalın evində qonaq olduğunu, ailəsi və övladları ilə vaxt keçirdiyini xüsusi vurğulayıb.
"Allah Polad Həşimova və bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Polad Həşimovla uzaqdan qohumluğumuz var. Polad Həşimovun bacısı Bəhmən müəllimin gəlinidir. Evlərində qonaq olmuşam, uşaqları ilə görüşmüşəm. Hətta bir klipimiz var idi, həyata keçə bilmədi"