Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Parlamentinin spikeri Alen Simonyanla görüşəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Lavrov-Simonyan görüşü fevralın 5-də keçiriləcək.
Zaxarova görüşdə ikitərəfli əməkdaşlıq və regional problematikanın müzakirə olunacağını söyləyib.