Ermənistanda silahlı cinayətkar dəstə SAXLANILIB
Ajans.az News.am-a istinadən xəbər verir ki, dəstə üzvləri müxtəlif şəxslərin şəxsi və maliyyə problemlərinə müdaxilə edib, yüksək cinayətkar nüfuza malik şəxslərlə əlaqə saxlayıb, eləcə də cinayətkar submədəniyyətlə bağlı qrupların görüş və fəaliyyətlərində iştirak ediblər. Faktlar üzrə cinayət işləri başlanıb. Saxlanılan şəxslər qətl törətməyə hazırlıq və cəhd, qanunsuz silah və sursat saxlama, xuliqanlıq, oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər maddələr üzrə ittiham olunublar. Aparılan istintaq tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri saxlanılıb. Cinayətkar qrupun 10 üzvü barəsində ictimai cinayət təqibi başlanıb. Hazırda ilkin istintaq davam etdirilir.