AZ

ABŞ kürdlərin arxasında duran İsraili artıq dəstəkləmmir

Suriyanın şimal-şərqinin azad edilməsi və kürd terror təşkilatlarının məğlub edilməsi fonunda maraqlı hadisələr baş verir. ABŞ bu məsələdə kürd qüvvələrinin arxasında duran İsrailin maraqlarını dəstəkləməyi faktiki olaraq dayandırıb. Üstəlik, İsrail əvəzinə ABŞ Təl-Əvivin necə mövqey tutmalı olduğunu səsləndirir.

"Middle East Eye" diplomatik mənbələrə istinadən qeyd edir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Tom Barak əvvəllər İsraili Suriya hökumətinə qarşı mübarizəsini dəstəkləməyə çağıran kürd terrorçularının lideri Məzlum Əbdiyə sərt cavab verib. İraqın Ərbil şəhərində keçirilən görüşdə xüsusi elçi Barak Məzluma müraciət edib:

"Siz İsraili bu münaqişəyə cəlb etməyə çalışırsınız. Bu baş verməyəcək və ciddi nəticələrə səbəb olacaq. Siz Türkiyə ilə İsrail arasında qarşıdurmaya səbəb olacaqsınız. Siz sanki Bəşər Əsəd hakimiyyətdədirmiş kimi Suriya ilə münasibətləri inkişaf etdirməyə davam edirsiniz. Bu gün Dəməşq terrorizmə qarşı mübarizədə bizim tərəfdaşımızdır."

Seçilən
2
anspress.com

1Mənbələr