Krasnoyarskda məktəbdə 8-ci sinif şagirdi sinif yoldaşını yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərindəki 153 nömrəli məktəbdə qanlı insident baş verib.
8-ci sinif şagirdi olan qız məktəbə benzin gətirərək tualetdə həmyaşıdının üzərinə töküb və onu yandırıb.
Hadisə yerinə yetişən məktəb əməkdaşları alovu söndürməyə nail olublar.
Zərərçəkmiş oğlanın üz, kürək və ətraflarında 2-3-cü dərəcəli yanıqlar diaqnozlaşdırılıb.
Hücum zamanı daha iki uşaq, o cümlədən hadisəni törədən qızın özü də müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Həmçinin, hücum edən məktəbli daha iki şagirdin başına çəkiclə zərbələr endirib, onlar ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisəni törədən qız saxlanılıb, ərazidə hüquq-mühafizə orqanları və təcili xidmətlər araşdırma aparır.

Xuraman Etibarlı
İnterpress.az