AZ

Hames Rodriges MLS yolunda

“Real” və “Bavariya”nın sabiq futbolçusu Hames Rodriges karyerasını MLS-də davam etdirə bilər.

Msport.az xəbər verir ki, kolumbiyalı vinger “Minnesota Yunayted” ilə danışıqlar aparır.

34 yaşlı futbolçu dekabr ayında “Leon”dan ayrıldıqdan sonra azad agent statusundadır.

Qeyd edək ki, Meksika klubunun heyətində Hames 34 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Seçilən
10
msport.az

1Mənbələr