AZ

İspaniyada güclü qasırğa ilə əlaqədar minlərlə insan təxliyə olunur

Bakı.Trend:

İspaniyanın cənubunda yerləşən Əndəluz muxtar icmasında güclüyağışlarla müşayiət olunan qasırğa səbəbindən təhlükəsizlikməqsədilə 3 mindən çox insan təxliyə edilib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallarxidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Xidmətin məlumatına görə, “daşqınlara məruz qalan ərazilərdən(Kadis, Xaen və Malaqa)əyalətlərində ehtiyat tədbiri olaraq 3mindən çox insan təxliyə edilib”. Bundan əlavə, əlverişsiz havaşəraiti dəmir yolu əlaqəsinin pozulmasına, bir sıra avtomobilyollarında hərəkətin bağlanmasına, limanların fəaliyyətinindayandırılmasına və su basmalarına səbəb olub. Həmçinin çoxsaylıinsidentlər qeydə alınıb.

Əndəluz hakimiyyəti əlverişsiz hava şəraiti ilə əlaqədarregionun demək olar ki, bütün ərazisində məktəblərdə dərsləritəxirə salıb. İspaniyanın Dövlət Meteorologiya Agentliyi ölkənincənubunda güclü yağışlar və küləyin şiddətli əsən qasırğalıküləkləri səbəbindən əlverişsiz hava şəraiti barədə xəbərdarlıqedib.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr