Spikerin sözlərinə görə, işçi səviyyədə təmaslar davam etsə də, rəsmi Tbilisi Vaşinqtonla münasibətləri yenidən qurmağa tam hazırdır. Papuaşvili qeyd edib ki, Gürcüstan tərəfi Bayden administrasiyası dövründə seçkilərə müdaxilə də daxil olmaqla, ölkəyə qarşı yürüdülən "ziyanlı təcrübələri" geridə qoymağa və yeni səhifə açmağa can atır.
"Biz münasibətləri yenidən başlatmağa hazırıq. Əsas odur ki, qarşı tərəf də bu istəyi nümayiş etdirsin. Biz köhnə səhifəni çevirmək və Gürcüstan-ABŞ əlaqələrini sağlam təməllər üzərində bərpa etmək istəyirik," - deyə Şalva Papuaşvili vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31