AZ

Bərdədə “Venera” kafesində nöqsanlar aşkarlandı

BAKI, 4 fevral. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonunun Qazıqurdalı kəndində fəaliyyət göstərən, Ələsgərov Vüqar Firqət oğluna məxsus “Venera” kafesində yoxlama keçirib.

Baxış zamanı kafedə etiket məlumatları olmayan turşuların istehlaka təqdim edildiyi müəyyən edilib. Həmçinin xammal və inqrediyentlərin saxlanma şəraitinə əməl olunmur, qida məhsullarının donunun açılması proseduru normalara uyğun həyata keçirilmir, havalandırma sistemi quraşdırılmayıb, müvafiq təmizlik işləri görülmür, işçilər tibbi müayinədən keçirilməyib və digər tələblər pozulub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Seçilən
24
6
teleqraf.com

9Mənbələr