AZ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs reanimasiyada öldü

Bakı.Trend:

1977-ci il təvəllüdlü Əli Nağıyev 03.02.2026-cı il tarixindəsaat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağırvəziyyətdə Respublika Neyrocərrahiyyə XəstəxanasınınAnesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinəyerləşdirilib.

Bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasındanməlumat verilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəliəzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəflikəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyününgicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgahnahiyəsinin dərialtı hematoması, sol periorbital hematomasıdiaqnozları təyin edilib.

Bildirilir ki, sol alın təpə gicgah nahiyədə dekompressivtrepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgahsubdural, sol gicgah payının beyindaxili hematomasının xaricedilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icraolunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq,onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölümfaktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxs Cəlilabadda qardaşının ikiyeniyetmə övladını baltalayıb.

Məqalədə:
Seçilən
21
19
az.trend.az

10Mənbələr