AZ

Bakı şəhəri üzrə qeydiyyatda olan vergi ödəyiciləri ilə görüş keçirilib

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Bakı şəhəri üzrə qeydiyyatda olan vergi ödəyiciləri ilə görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd elektron əmtəə-nəqliyyat qaiməsinin tətbiqi və istifadə qaydaları, vergi ödəyicilərinin vergi qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə məlumatlandırılması, eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair izahatların verilməsi olub. Görüş zamanı Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə vergi ödəyicilərinə ətraflı məlumat verilib.

Həm canlı formatda, həm də onlayn formtda təşkil olunan görüşdə 121 vergi ödəyicisi iştirak edib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.

Seçilən
19
vergiler.az

1Mənbələr