AZ

BDU ilə Avstriya və Sloveniya universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 4 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Vyana şəhərində Azərbaycanın Avstriyada və Sloveniyada səfiri, eyni zamanda, Azərbaycanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Avstriya və Sloveniya universitetləri ilə BDU arasında ali təhsil, elmi-tədqiqat və akademik mübadilə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bununla yanaşı, Vyanada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla birgə elmi və institusional layihələrin həyata keçirilməsi, universitetlərarası tərəfdaşlığın qurulması və BDU-nun beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

 

Seçilən
47
1
azertag.az

2Mənbələr