AZ

Yaponiyada xidmət sektorunda sürətli canlanma: Son 32 ayın rekordu

Müəllif:Mehin Qasmova,Banco.az

Yaponiyada xidmət sektorunda fəaliyyət bu ilin əvvəlində ən sürətli artım tempini göstərib.

Banco.az xəbər verir ki,güclü tələbatın dəstəyi ilə xidmət sektoru ilə yanaşı, ümumilikdə özəl sektor son 32 ayda ən yüksək artım səviyyəsinə çatıb.

Özəl sektorun apardığı sorğuya əsasən, S&P Global Japan Services Satınalma Menecerləri İndeksi (PMI) yanvar ayında 53,7-yə yüksələrək dekabr ayındakı 51,6 səviyyəsini geridə qoyub. Xidmətlər üzrə PMI artıq ardıcıl 10 aydır artım nümayiş etdirir. 

Uğurlu marketinq kampaniyaları və yeni müştərilərin cəlb edilməsi yanvar ayında yeni biznes həcminin son dörd ayın ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub. Eyni zamanda, Yaponiya xidmətlərinə xarici tələbat da ötən ilin aprel ayından bəri ən sürətli artımı qeydə alıb.

Xidmət sektorunda məşğulluq artmaqda davam edib. Lakin artım tempi dekabr ayı ilə müqayisədə bir qədər zəifləyib. Şirkətlər işə qəbulun artmasını iş yükünün çoxalması və fəaliyyət imkanlarının genişləndirilməsi ilə əlaqələndiriblər.

Seçilən
29
1
banco.az

2Mənbələr