AZ

Kim elçi gəlirdisə, Nəzrin bəyənmirdi

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Arzularımı bir-bir yazmışam. Mənə çox ritual deyirlər: onu belə et, bunu yaz. Amma yazıram, yaddan çıxmasın. Balalarımın salamat olmasını, sənətim üçün dualarım var".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Yurd FM"də qonaq olarkən deyib. Müğənni övladlarından, onlara qoyduğu qadağalardan danışıb:

"Övladlarım haqda danışmağı sevmirəm. Qızımdan da danışmayaq. Nəzrin sosial şəbəkədə məşhur olduğu üçün onun haqda danışıram. Hər zaman deyirdim ki, övladlarımın bu sənətə gəlməyini istəmirəm. Heç səs istedadları da olmayıb. Nəzrinin rəssamlığa meyli var idi, amma çalışdım onu səhnədən qoruyum. Onlara elə savad verdim ki... Oğlumu xaricə göndərdim ki, burada tanınmasın. Amma alınlarına tanınmaq yazılıbsa, olacaq. Kiçik olanda çəkilişə icazə vermirdilər. Həyat yoldaşıma isə işinə görə efirə çıxmaq olmazdı. İndi hamısı hər yerə çəkilir. Deyirəm, məni tək qoyurdunuz, indi nə oldu?".

M.Eyubova bloger qızı Nəzrinin müğənni Mərdan Kazımovla ailə qurmasından danışıb:

"Nəzrin bizdə gec ailə qurdu. Uşaq vaxtından evdə toy-bayram idi: ana, tələbələr oxuyur. Bayram ab-havalı ailədə böyüyüb. Kim gəlirdi, onu bəyənmirdi. Deyirdi ki, darıxdırıcıdır, necə onunla ailə qura bilərəm? Allah Mərdanı ona qismət etdi. Dedim, get, ömürboyu oxu, oyna. Mərdan müğənnidir, əgər Nəzrinlə evlənibsə, deməli, onun xasiyyəti yaxşıdır, bütün keyfiyyətlərin hamısı onda var. Əsl kişi xasiyyətli adamdır".

Qeyd edək ki, M.Eyubovanın 4 övladı var.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
axsam.az

1Mənbələr