AZ

Tehran Vaşinqtonla danışıqların Türkiyədə keçirilməsini istəmədi - niyə...



ABŞ Tehranın İranla danışıqların Türkiyədən başqa yerə keçirilməsi tələbini qəbul edib və bu danışıqların Omanda keçirilməsinə razılıq verib.

Axios jurnalisti Barak Ravid bu barədə X sosial media platformasında məlumat verib.

Ravid bir mənbəyə istinadən bildirib ki, "danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir". Digər Yaxın Şərq ölkələrinin qarşıdakı görüşdə iştirak edib-etməyəcəyi barədə isə hələlik məlumat yoxdur.

Xatırladaq ki, Axios daha öncə Tehranın amerikalılarla danışıqların həm yerini, həm də formatını dəyişdirməkdə israr etdiyini bildirmişdi. Lakin Türkiyədə keçirilməsi nəzərdə tutulan danışıqların yerinin dəyişdirilməsi barədə Tehranın israrının təfərrüatları açıqlanmır.

SAMİRƏ

Seçilən
1
baki-xeber.com

1Mənbələr