AZ

Kreml: Ukrayna qərar verənə qədər xüsusi hərbi əməliyyat davam edəcək

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının qapısı açıqdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Ukrayna məsələsi ilə bağlı Rusiyanın mövqeyi bəllidir. Bu mövqeyi amerikalılar və ukraynalılar bilirlər: "Sülh yolu ilə həllin qapısı açıqdır. Ukrayna qərar verənə qədər xüsusi hərbi əməliyyat (SVO) davam etdiriləcək".

Kreml sözçüsü Əbu-Dabidəki yeni məsləhətləşmələr raundunun nəticələri barədə məlumat verməyi planlaşdırmadıqlarını da əlavə edib.

Seçilən
25
5
apa.az

6Mənbələr