AZ

Bu ərazilərdə qaz verilişi dayandırılacaq

Sumqayıtda qaz verilişində müvəqqəti fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhərinin 16-cı məhəlləsində yerləşən diametri 57 mm olan qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar bəzi abonentlərin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, saat 13:00-dan başlayaraq ərazidə ümumilikdə 600 istehlakçıya qazın verilməsi müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bildirilir ki, sızmalar aradan qaldırıldıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Seçilən
5
nocomment.az

1Mənbələr