AZ

Ermənilər İlham Əliyev Paşinyan görüşü barədə nə yazırlar?

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşün nəticələri açıqlanıb.

“Cebheinfo.az” Ermənista mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.

“Tərəflər ABŞ Prezidenti Donald Trampın himayəsi altında Vaşinqtonda keçirilən Sülh Zirvəsində əldə edilən razılaşmaların həyata keçirilməsində qeydə alınan irəliləyişi alqışlayıblar.

Onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin ikitərəfli formatda normallaşdırılması prosesinin müsbət dinamikasının qorunmasının və təşviq edilməsinin vacibliyini qeyd etdilər.

Tərəflər hər iki cəmiyyətin gündəlik həyatlarında sülhün real faydalarının şahidi olduqlarını etiraf etdilər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, eləcə də üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan ərazisindən Ermənistana tranzitindən məmnunluqlarını ifadə etdilər.

Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmağa davam etmək barədə razılığa gəliblər. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıblar və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Baş nazir Paşinyan və Prezident İlham Əliyev “TRIPP layihəsi”nin və digər infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti iki ölkə arasında sülh və sabitliyin daha da möhkəmləndirilməsi üçün işləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər və ikitərəfli münasibətlərin normallaşdırılması prosesinə kömək etmək üçün əlaqələri davam etdirmək barədə razılığa gəliblər", - məlumatda deyilir.

Seçilən
11
cebheinfo.az

1Mənbələr