AZ

QHT- lər Neftçalada sosial aksiya keçiriblər - FOTOLAR

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin və Ümid Yolu Xeyriyyə İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində Neftçalada növbəti aksiya keçirilib.

QHT.az xəbər verir ki, “Məktəblinin izi ilə” Aksiyası çərçivəsində davamlı mütaliəsi ilə seçilən 5 nəfər məktəblinin ev ünvanında valideyni ilə görüş təşkil olunub və qış geyimi hədiyyə edilib.

“Tək özün üçün deyil”Aksiayası çərçivəsində bir nəfər tənha qadın tibbi ləvazimatla təmin olunub.

Keçirilən aksiyaların təşəbbüs və təşkilatçısı Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi, maliyyə dəstəyi Ümid Yolu Xeyriyyə İctimai Birliyidir.

Seçilən
13
qht.az

1Mənbələr