AZ

Korrupsiya barədə məlumat verən şəxslərin özünümüdafiəsi

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağandır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin izahına görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə aşağıda sadalanan və digər bu cür tədbirlər tətbiq edilə bilməz:

-tənbeh tətbiq etmə;
-əmək müqaviləsinə xitam vermə;
-vəzifədən azad etmə;
-başqa işə keçirmə;
-əməkhaqqından qanunsuz tutulmalar aparma;
-vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə;
-mənfi cəhətdən xarakterizə etmə.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.

Seçilən
31
vergiler.az

1Mənbələr