Bakı. Trend:
İran regionda sabitliyin qorunması, gərginliyin azaldılmasıistiqamətində region ölkələrinin, xüsusilə Misirin koordinasiyasıvə konstruktiv rolunu, eləcə də diplomatik səylərinialqışlayır.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün (4 fevral) Misirin xarici işlər naziri Bədr Abdelati ilətelefon söhbətində deyib.
Telefon söhbətində regional proseslərin son vəziyyəti haqdafikir mübadiləsi aparılıb və region ölkələri arasında yaxınməsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Misirin xarici işlər naziri Bədr Abdelati də ölkəsinin regiondasülhün qorunması üçün ciddiliyini bir daha qeyd edib və Misirinistənilən diplomatik həll yolunu dəstəklədiyini bildirib.
Qeyd edək ki, son vaxtlar İran və ABŞ arasında gərginliyinartması fonunda region ölkələri problemlərin diplomatik yolla həlledilməsinin əhəmiyyətini qeyd edirlər.