
“TRIPP layihəsi Cənubi Qafqazda güclü, qarşılıqlı əlaqəli iqtisadiyyatların qurulması və davamlı sülhün qorunması istiqamətində tarixi bir addımdır”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidentinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor Bişkekdə keçirilən B5+1 Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan və Azərbaycanı bir araya gətirən tarixi sülh sammitindən bəri biz Tramp Marşrutunu təşviq etməyə davam etmişik:
“Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Qərbə birbaşa nəqliyyat əlaqəsi təmin edəcək. Bu, güclü, qarşılıqlı əlaqəli iqtisadiyyatların qurulması və regionda davamlı sülhün qorunması istiqamətində tarixi bir addımdır", - deyə siyasətçi vurğulayıb.
Qorun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Orta Asiyaya xüsusi əhəmiyyət verir və regionun strateji əhəmiyyətini qəbul edir.
Daşqın HəsənovMissiya.Az