Bakı. Trend:
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cıilin yanvar ayında 21 özəl tibb müəssisəsində yoxlama aparılıb.Bunlarda planlı – 11, plandankənar – 10 yoxlama aparılıb ki,nəticədə 18 nöqsan faktı aşkar edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyiAnalitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilir ki, ən çox rast gəlinən nöqsanlar aşağıdakılarolub:
-Həkimlərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbfəaliyyəti ilə məşğul olma faktı – 25 hal;
-Lisenziya şərtləri üzrə müəyyən nöqsanlar aşkar edilmişdir – 6hal;
-Tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbfəaliyyətinə işçilərin buraxılması faktı aşkarlandı – 6 hal;
-Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibbfəaliyyəti ilə
məşğul olma faktı aşkarlandı – 4 hal.
-Lisenziyadan kənar iş və fəaliyyət aşkarlanmışdır – 2 hal;
"Plastik cərrahlar barədə yanvar ayı ərzində 2 şikayət daxil olub.Nəticədə 2 klinikada yoxlama keçirilib.
Ən çox rast gəlinən nöqsanlar:
-Lisenziya şərtləri üzrə müəyyən nöqsanlar - 2 hal;
-Həkimlərdə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbfəaliyyəti ilə məşğul olma faktı - 1 hal aşkar edilib.
Bütün qanun pozuntuları ilə əlaqədar İXM-in müvafiq maddələri üzrəprotokol tərtib edilərək, aidiyyəti üzrə icraata göndərilib".