AZ

“GəncTALKS 2026: İlham verən hekayələr və sərhədsiz imkanlar” adlı tədbir keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Gənclər Günü münasibətilə Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən əlilliyi olan gənclər üçün motivasiya platforması - "GəncTALKS" həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən tədbirin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etmək, onların sosial bacarıqlarını gücləndirmək, özünəinam və motivasiyasını artırmaq, eləcə də potensiallarını üzə çıxarmaqdır.

Beynəlxalq “TEDx” formatında keçirilən tədbirdə müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırıblar.

Eyni zamanda, istedadlı gənclərin ifasında musiqili çıxışlar tədbirə yüksək əhvali-ruhiyyə qatıb.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı, “Gəncİntellekt” ölkənin ən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması adlı genişmiqyaslı tədbirlər təşkil edilib. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
azertag.az

3Mənbələr